bazar ertəsi 2 mart 2026 - 13:46
Həzrət Ayətullah üzma Sistani, Ayətullah üzma Seyid Əli Xameneinin şəhadəti münasibətilə yayımladığı bəyanatında bildirib: Xalq birlik və milli həmrəyliyini qoruyub saxlamalıdır

Həzrət Ayətullah üzma Sistani, şəhid Ayətullah Seyid Əli Xameneinin ali mövqeyi və İran İslam Respublikasının idarəçiliyindəki misilsiz roluna diqqət çəkərək, əziz İran xalqını bu çətin və həssas şəraitdə birlik və milli həmrəyliyi qoruyaraq, işğalçıların şər niyyətlərinə nail olmalarına imkan verməməyə çağırmışdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Seyid Əli Sistani İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə başsağlığı bəyanatı yayımlamışdır.

Bəyanatda belə deyilir:

Bağışlayan və mehriban Allahın adı ilə


إِنّا لِلّهِ وَإِنّا إِلَیهِ راجِعُونَ

Biz Allaha məxsusuq və ona tərəf qayıdacağıq.

 İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti münasibətilə bütün İran xalqına və dünya müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm.

Bu dahi şəxsiyyətin yüksək mövqeyi və İran İslam Respublikasının idarəçiliyindəki misilsiz rolu uzun illər ərzində hər kəsə açıq şəkildə aydın olmuşdur.

Şübhəsiz ki, düşmənlər onun şəhadəti və ölkəyə qarşı genişmiqyaslı hərbi təcavüz vasitəsilə İrana zərbə vurmaq niyyətindədirlər.

İranın əziz xalqdan gözlənilən odur ki, bu çətin və həssas günlərdə birlik və milli həmrəyliyi qoruyaraq, işğalçıların şər niyyətlərinə nail olmalarına imkan verməsinlər.

Uca Allahdan şəhid Ayətullah Seyid Əli Xameneiyə Allahdan rəhmət və bu hüznü yaşayan İslam ümmətinə isə səbr diləyirəm.

Ayətullah Seyid Əli Sistani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha